Bakının Xəzər rayonunda soyğunçuluq baş verib.
Teleqraf.com xəbər verir ki, yanvarın 4-də hadisə barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzi Xidmətinə məlumat daxil olub.
Rayon Polis İdarəsinin 2-ci polis bölməsi əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Buzovna qəsəbəsində bir qadına qarşı zor tətbiq edərək soyğunçuluq yolu ilə 532 manatının və mobil telefonunun alındığı müəyyən edilib.
Bakı şəhər sakinləri Məmmədtağı İsmayılov və İsmayıl Əliyev həbs edilib. Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi başlanıb.