9 Yanvar 2018 15:31
946
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bizim dövr” qəzetinin baş redakttoru Surxay Əliyev və onu müavini Hikmət Nəcəflinin, eləcə də Gülbəniz Əliyeva, İlahə Qasımova, Sevinc Məmmədsalayeva və Maarif Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Vəkil Bəylər Məmişov müdafiə etdiyi Surxay Əliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsini istəyib. Digər təqsirləndirilən Hikmət Nəcəflinin də vəkili eyni vəsatətlə çıxış edib. Təqsirləndirilən şəxslər vəkilləri ilə razı olduqlarını deyiblər.

Prokuror vəsatətlərin təmin edilməməsini istəyib. Bildirib ki, iş materialı çox epizodludur və təqsirləndirilən şəxslərin həbs qərarının dəyişdirilməsi mümkün deyil. Prokuror işin məhkəmə baxışına veripməsini təklif edib.

Vəkillərin vəsatətləri təmin edilməyib. Məhkəmə baxışı yanvarın 23-nə təyin edilib.

İttihama görə, ölkədə insanları şantaj edən media orqanları rəhbərləri və əməkdaşları ilə bağlı Dövlət Təhlükəsizlik Xidməti tərəfindən aparılan istintaq-əməliyyat tədbirləri çərçivəsində cinayəti başlanıb.

Aparılan araşdırmalarla "Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və müavini Hikmət Nəcəfli də həbs olunub.

İstintaq araşdırması zamanı digər təqsirləndirilən Gülbəniz Əliyeva, İlahə Qasımova, Sevinc Məmmədsalayeva və Maarif Abbasovun Surxay Əliyevlə cinayət əlaqəsinə girdikləri məlum olub. Sevinc Məmmədsalayeva isə daha əvvəl hədə-qorxu ilə tələb etmədə təqsirləndirilərək 6 il müddətinə azadlıqdan məhrum edilib. O, hazırda 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər