4 Avqust 2014 15:52
924
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində taksi sürücüsünə qarşı quldurluq etməkdə təqsirli bilinən Abşeron rayon sakinləri Rafael Əliağayev və Akif Şıxalıyevin məhkəməsi başa çatıb.

Teleqraf.com xəbər verir ki, təqsirləndirilən şəxslər taksi sürücüsünü qarət etməklə pul qazanmaq istəyiblər. Onlar 29 iyul 2013-cü il tarixdə, gecə saat saat 01.00-da Nəsimi rayonu ərazisindəki “3-cü mikrorayon dairəsi” adlanan yerdə İltizam Məmmədovun taksi kimi idarə etdiyi “Opel-Astra” markalı avtomobilə miniblər.

Təqsirləndirilən şəxslər taksi sürücüsündən avtomobili Abşeron rayonu, Qobu qəsəbəsi ərazisinə sürdürüblər. Onlar orada İltizam Məmmədovun həyat və sağlamlığı üçün təhlükəli zorakılıq ediblər. Taksi sürücüsünü bıçaqla hədələyən təqsirləndirilən şəxslər onun 20 manat dəyərində “Nokia1200” markalı mobil telefonunu və 5800 manat dəyərində olan “Opel-Astra” markalı avtomobilini ələ keçiriblər.

Zərərçəkmiş quldurluqla üzləşməsi barədə Abşeron rayon Polis İdarəsinə şikayət edib. Onun şikayəti əsasında təqsirləndirilən şəxslər həbs edilib. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 181.2.1, 181.2.4, 181.2.5-ci (quldurluq) maddələri ilə ittiham olunublar. Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər birinə 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub. Rafael Əliağayev xanəndə olub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər