10 Yanvar 2018 11:04
1 238
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda fəaliyyəti olmayan Vahid Kommunist Partiyasının rəhbəri və Azərbaycan Karlar Cəmiyyətinin sədr müavini Musa Tukanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra Musa Takanovun vəkili vəsatət verərək müvəkkili barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyib.

Vəkil bildirib ki, Musa Tukanov şəkər xəstəsidir, oğlu da əlildir: “Özü Qarabağ müharibəsi veteranıdır. Yaşı da göz qabağındadır. Xahiş edirik vəsatəti təmin edəsiniz”.

Prokuror isə vəsatətin təmin edilməməsini istəyib.

Vəsatət təmin edilməyib. Məhkəmə baxışı yanvarın 17-nə təyin olunub.

İttihama görə, vətəndaşların müraciətləri əsasında Musa Tukanov Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb.

Məhkəmənin qərarı ilə Musa Tukanov barəsində həbs qətimkan tədbiri seçilib. O, rüşvət almaqda və vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər