Bakıda dələduzluqda təqsirləndirilən Rövşən Şükürovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Rövşən Şükürov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) vətəndaş Asif Əsədullazadə müraciət edərək özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edən Rövşən adlı şəxsin dələduzluq yolu ilə aldadaraq onun külli miqdarda pulunu mənimsədiyini bildirib.
Keçirilən əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum edilmiş Sabirabad rayon sakini Rövşən Şükürov saxlanılıb.
Onun yaşadığı evdən hüququ-mühafizə orqanlarına məxsus xüsusi geyim forması və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar edilərək götürülüb.