11 Yanvar 2018 23:51
534
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində oğurluqla məşğul olan şəxsin tutulması üçün əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsi 1-ci polis bölməsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Hüseyn Quliyev tutulub.

Onun ötən ilin noyabr-dekabr ayları ərzində şəhər ərazisində mağazalardan birindən ərzaq məhsulları, bir nəfərin içərisində geyim əşyası və sənəd olan çantasını, habelə 3 evdən ərzaq məhsulları, geyim və məişət əşyaları oğurladığı müəyyən edilib.


Müəllif: Hacı Zeynalov