Bakının Qaradağ rayonunda qətl baş verib.
Teleqraf.com xəbər verir ki, Ələt qəsəbəsindəki parkların birində tüfeyli həyat tərzi keçirən Saleh İsayev sərxoş halda, kəllə-beyin xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Bu barədə Qaradağ rayon Polis İdarəsinin 11-ci polis bölməsinə məlumat verilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Qaradağ rayon Polis İdarəsi və 11-ci polis bölməsi əməkdaşlarının istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Ələt qəsəbə sakini Azər Həsənov müəyyən edilib və o, saxlanılaraq istintaqa təhvil verilib.