Bakının Nəsimi rayonunda bədbəxt hadisə baş verib.
Bu barədə Teleqraf.com-a Nəsimi rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, hadisə rayon ərazisində çay evlərindən birində baş verib. Çay evində işləyən 83 yaşlı Nuriyyyə Əhmədova ehtiyatsızlıqdan elektrik naqilinə toxunub. Həmin vaxt yaşlı qadın dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov