Ağstafa rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, əməliyyat Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Ağstafa rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilib. Rayonun Xətai kəndi ərazisindən yabanı halda bitmiş, ümumi çəkisi 4 ton 600 kiloqram olan 11 min 500 ədəd çətənə kolu aşkar edilib. Narkotik bitkilər məhv edilib.
Hacı Zeynalov