Bakının Nəsimi rayonunda bədbəxt hadisə baş verib.
Bu barədə Teleqraf.com-a Nəsimi rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, hadisə rayonun C.Məmmədquluzadə küçəsində inşa edilən binadan qeydə alınıb. Goyçay rayon sakini Tərlan Nuriyev işlədiyi 4 mərtəbəli binanın 4-cü mərtəbəsindən yıxılaraq ölüb.
Hacı Zeynalov