5 Avqust 2014 13:10
948
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayonunda oğurluq edən iki qadın həbs edilib.

Bu barədə Teleqraf.com-a Bərdə rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, avqustun 1-də rayon sakini Əminə Məmmədovanın evindən 300 manat oğurlanıb. Əminə Məmmədova evindən oğurluq edilməsi ilə bağlı polis şöbəsinə şikayət edib.

Onun şikayəti əsasında keçirilən əməliyyat nəticəsində oğurluq hadisəsini törətmiş Yevlax şəhər sakinləri Bəsti Nadirova və Bəsmi Alıyeva tutulublar. Hər iki qadın eyni əmələ görə, əvvəllər məhkumluq həyatı yaşayıblar.

Məlumata görə, saxlanılan hər iki qadının bir çox rayonlarda dilənçiliklə məşğul olmaları müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: