23 Yanvar 2018 17:19
1 177
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda xeyriyyə məqsədi ilə qurulan qutudan oğurluq edilib.

Teleqraf.com xəbər verir ki, rayonun T.Xəlilbəyli küçəsində yerləşən Mərkəzi Univermaqda (MUM) quraşdırılmış “Qırmızı Aypara” Cəmiyyətinə məxsus xeyriyyə qutusunun plomblarını qıraraq içərisində olan pulları oğurlanıb.

Cinayəti törədən Salyan rayon sakini, 1983-cü il təvəllüdlü Xeyrulla Əsgərov ərazidə xidmət aparan mühafizə polisinin əməkdaşları tərəfindən yaxalanıb.

Onun barəsində tədbir görülməsi üzrə ərazi üzrə 9-cu polis bölməsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər