24 Yanvar 2018 15:42
1 261
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaçaqmalçılıq və narkotik vasitələrin dövriyyəsində təqsirli bilinən İran İslam Respublikasının vətəndaşı, 1979-cu il təvəllüdlü Farzipour Beris Shahrbanou Farhad qıznın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Farzipour Beris Shahrbanou tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıqla keçirmə barədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Abbas” adlı şəxslə əvvəlcədən razılaşıb.

Farzipour Beris Shahrbanou “Abbas” adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni ayrı-ayrılıqda 50 ədəd sellofan bükümlərə qablaşdırılmış ümumi təmiz çəkisi 146,213 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib. O, həmin bükümləri udma yolu ilə qəbul edib və daxili orqanlarında daşımaqla “Abbas” adlı şəxsin tapşırığına əsasən qaçaqmalçılıq yolu ilə gizli olaraq 2 iyul 2016-cı il tarixdə Astara gömrük nəzarət-buraxılış məntəqəsindən Azərbaycan Respublikası ərazisinə qanunsuz olaraq keçirib.

Qadın həmin narkotik vasitəni Pərviz Əsgərovun kirayə tutduğu Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 45 Q, mənzil 38 ünvanına gətiribş.

İyulun 4-dən 5-nə keçən gecə saatlarında içərisində həmin külli miqdarda narkotik vasitə heroin olan bükümləri təbii yolla bədəndən xaric edib, bu barədə Pərviz Əsgərovun Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə Idarəsinə vermiş olduğu məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində qadın həbs edilib.

Farzipour Beris Shahrbanouya qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq törətmək), 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 234.4.3-cü (külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Farzipour Beris Shahrbanou 8 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. O, şikayətində İran vətəndaşı olduğunu, himayəsində 3 övladının mövcudluğunu, onlardan 2-nin yaşının azlığını, ibtidai istintaqın qeyri-obyektiv aparıldığını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş edib.

Onun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Hüseyn Nəbiyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə qərar elan edilib.

Farzipour Beris Shahrbanounun apelyasiya şikayəti təmin edilməyib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər