24 Yanvar 2018 20:12
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, 1985-ci il təvəllüdlü Rahib Babayev keçmiş həyat yoldaşı, 1992-ci il təvəllüdlü Ülviyyə Orucəliyevanı boğaraq öldürüb.

Daha sonra Rahib Babayev könüllü polisə təslim olub.

O, törətdiyi cinayəti etiraf edib. Bildirib ki, hadisəni qisqanclıq zəminində törədib.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər