24 Yanvar 2018 19:59
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində ötən il baş vermiş cinayətin üstü açılıb.

Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il noyabrın 30-da Vilayət Mustafayevin mobil telefonunu oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş İsmət Eynullayev saxlanılıb.

Onun ötən il dekabrın 2-dən yanvarın 2-dək olan müddətdə rayon ərazisindəki evlərin birindən məişət əşyası, 2 avtomobildən akkumulyator oğurladığı da müəyyən edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər