25 Yanvar 2018 11:58
1 148
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 24-də Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətinə Yasamal rayonu ərazisində qadına qarşı quldurluq edilməsi barədə məlumat daxil olub.

Teleqraf.com xəbər verir ki, Rayon Polis İdarəsi 27-ci polis bölməsi əməkdaşları məlumatla əlaqədar müvafiq tədbirlər həyata keçirib.

Araşdırmalarla həmin gün axşam saatlarında naməlum şəxsin Bakı şəhər sakini İlhamə Mirzəyevanı Q.Şərq küçəsində, yaşadığı binanın qarşısında döyərək içərisində 475 manat, 89 ABŞ dolları, 60 avro və sənədləri olan çantasını götürərək qaçdığı məlum olub.

Əməliyyat-axtarış tədbirləri ilə quldurluğu törətməkdə şübhəli bilinən şəxs qısa zamanda polis əməkdaşları tərəfindən müəyyən edilərək “isti izlər”lə saxlanılıb.

Onun Salyan rayon sakini Şahin Məmmədov olduğu müəyyən edilib. Quldurluq yolu ilə əldə etdiyi çanta maddi sübut kimi ondan götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər