25 Yanvar 2018 13:43
1 035
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıtda yol-nəqliyyat hadisəsi törədən sürücü barəsində həbs qətimkan tədbiri seçilib.

Teleqraf.com xəbər verir ki, yanvarın 19-da bir qadının xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə Sumqayıt şəhər Polis İdarəsinə məlumat daxil olub.

Araşdırmalarla şəhər sakini Sara Hüseynovanın həmin gün 41-ci məhəllənin ərazisində yolu keçərkən naməlum avtomobillə vurulduğu məlum olub.

Hadisə yerindən qaçan sürücü Mahir Mirzəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

​Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər