Bakının Suraxanı rayonu ərazisindəki apteklərin birindən pul, noutbuk və mobil telefonun oğurlanması barədə 32-ci polis bölməsinə məlumat daxil olub.
Teleqraf.com xəbər verir ki, polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Rövşən Zeynalov saxlanılıb.