25 Yanvar 2018 20:43
1 263
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanışını bıçaqlamaqda təqsirləndirilən 68 yaşlı Əmrəddin Nuriyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Əmrəddin Nuriyev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalından həbs edilib.

İttihama görə, hadisə ötən il Şabran rayonunda baş verib. Əmrəddin Nuriyev bir evdə yaşadığı tanışı Əvəz Süleymanovu məişət zəminində bıçaqlayıb.

Yaralı xəstəxanaya çatdırılıb. Əmrəddin Nuriyev polis tərəfindən saxlanılıb. Lakin istintaq və məhkəmə dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Hadisə vaxtı hər iki şəxs sərxoş vəziyyətdə olub.

Qeyd edək ki, Əmrəddin Nuriyev dəfərlərlə cinayət törətdiyi üçün məhbus həyatı yaşayıb. O, ilk dəfə 1971-ci ildə həbsə düşüb. Daha sonra 1978-ci, 1988-ci, 1991-ci, 1993-cü, 1994-cü, 2010- cu illərdə həbsdə olub.

O, xuliqanlıq, adam öldürməyə cəhd, bıçaqlamaqda, zorlamağa cəhd cinayətlərimi törədib. Ümumilikdə Əmrəddin Nuriyev ömrünün 27 ilini həbsdə keçirib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər