Bakının Sabunçu rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, ötən il dekabrın 28-dən yanvarın 16-dək olan müddətdə rayonun Nardaran qəsəbəsi ərazisindəki 4 evdən elektrik naqili, su mühərrikləri, məişət əşyaları və inşaat materialları oğurlanıb.
42-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Nardaran qəsəbə sakini Taleh Xudaverdiyev saxlanılıb.