Bakının Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, 1960-ci il təvəllüdlü Əli Əzimov yaşadığı evdə naməlum şəraitdə iki bıçaq zərbəsi alıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.