5 Avqust 2014 16:41
883
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirli bilinən Emin Hüseynov, Səməd Rəşidov və Boris Juravlyovin məhkəməsi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Emin Hüseynov 6 il, Səməd Rəşidov 7 il və Boris Juravlyov 4 il müddətinə azadlıqdan məhrum ediliblər.

İttihama görə, təqsirləndirilən şəxslər ötən ilin dekabrın 21-də Ş.Məmmədova küçəsində Ağdam rayon sakini İsgəndər Qurbanlını bıçaqla hədələyiblər. Onlar İsgəndər Qurbanıldan pul tələb ediblər. Lakin İsgəndər müqavimət göstərib. Buna görə də cinayəti törədən şəxslər hadisə yerindən qaçıblar.

Zərərçəkmiş Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsinə şikayət edib. Şikayət əsasında təqsirləndirilən şəxslər tutulub.

Hacı Zeynalov


Müəllif: