Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, şəhərin Təbriz küçəsində 2001-ci il təvəllüdlü Arzu İsmayılov dayısı, 1989-cu il təvəllüdlü Elnur İsmayılov ilə əlbəyaxa dava edib.
Dava zamanı onlar bir-birlərinə bıçaq xəsarəti yetiriblər. Hər iki yaralı xəstəxanaya yerləşdirilib, onlara tibbi yardım göstərilib.
Bildirilir ki, hadisə zamanı hər iki şəxs sərxoş olub.
Faktla bağlı cinayət işi başlanıb.