Abşeron rayonunda narkotiklə tutulan keçmiş məhkumun başqa cinayətləri məlum olub.
Teleqraf.com xəbər verir ki, Abşeron rayon Polis İdarəsi əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Hökməli qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əmrulla İsmayılov saxlayıb.
Onun üzərində heroin aşkar edilib. Aparılan əməliyyat tədbirləri ilə onun digər cinayətlərinin də üstü açılıb.
Əmrulla İsmayılovun ötən ilin sentyabrından cari il yanvarın 25-dək olan müddətdə rayon ərazisində 10 avtomobildən maqnitofon və akkumulyator oğurladığı müəyyən edilib.
Faktlarla bağlı cinayət işi başlanıb.