Bakının Xətai rayonunda naməlum şəxs Bakı şəhər sakini olan bir qadına hücum edib.
Teleqraf.com xəbər verir ki, həmin şəxs qadına hədə-qorxu gələrək pulunu və mobil telefonunu alıb.
Zərərçəkmiş baş verən hadisə ilə bağlı 35-ci polis bölməsinə şikayət edib. Əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Elmar Məmmədov saxlanılıb.
İstintaq araşdırması zamanı Elmar Məmmədovun əvvəllər məhkum olunduğu üzə çıxıb.
Faktla bağlı cinayət işi başlanıb.