31 Yanvar 2018 12:09
1 116
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda mənimsəmədə təqsirli bilinən Sənan Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Sənan Cəfərov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Sənan Cəfərov 30 nömrəli marşrut xəttinə nəzarət edib. O, M-Trans MMC şirkətinin qeyri-rəsmi sahibi olan Rövşən Məmmədovun 100 min manatdan çox pulunu mənimsəyib.

Rövşən Məmmədov sabiq nəqliyyat naziri Ziya Məmmədovun yaxın qohumudur.

Sənan Cəfərov Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər