31 Yanvar 2018 14:37
941
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Beynəlxalq Bankı ASC-nin Şamaxı filialının müdir müavini Əlisultan Məmmədov, bankın əməkdaşları Ramin Səməndərov, Kifayət Səmədova və Hacıalı Cavadovun məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.

Prokuror Əlisultan Məmmədovun 8 il, Ramin Səməndərovun 6 il, Kifayət Səmədovanın 2 il və Hacalı Cavadovun isə 3 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Prokuror təqsirləndirilən şəxslərin barəsində həbs qətimkan tədbirinin seçilməsini və məhkəmə zalından həbs edilməsini tələb edib. Təqsirləndirilən şəxsin vəkilləri çıxışa hazırlaşmaq üçün vaxt istəyiblər.

Növbəti proses fevralın 7-də davam edəcək.

Azərbaycan Beynəlxalq Bankı ASC-nin Şamaxı filialının direktoru olmuş Əlisultan Məmmədov Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham edilir.

Onunla birlikdə mühakimə olunanlar da bankın əməkdaşlarıdır.

Onlar barəsində həbs qətimkan tədbiri seçilməyib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər