Bakının Yasamal rayonunda oğurluq edən şəxsin tutulması üçün əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Yasamal rayon Polis İdarəsi 27-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Arzu Rəhimov saxlanılıb.
O, ötən il iyunun 5-dən dekabrın 31-dək olan müddətdə rayon ərazisində 2 avtomobildən akkumulyator, habelə 3 evdən geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinib.
Arzu Rəhimov əvvəllər məhkum olunub. Faktla bağlı cinayət işi başlanıb.