Qobustan Həbsxanasında bir gündə 20 qanunsuz telefon aşkar edilib
Teleqraf.com Ədliyyə Nazirliyi Penitensiar xidmətin mətbuat xidmətinə istinadən xəbər verir ki, xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində xidmətin Qobustan rayonu ərazisində yerləşən Həbsxanasında 05.08.2014-cü il tarixdə 20 ədəd qanunsuz mobil telefon aparatı, onlara məxsus aksessuarlar, kəsici-deşici və digər qadağan olunmuş əşyalar aşkar edilərək götürülüb.