Bakıda dələduzluqda təqsirləndirilən İmişli rayon sakini, 1971-ci il təvəllüdlü Vəfa Osmanlının cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesə təqsirləndirilən şəxsin məhkəməyə gəlmədiyi elan olunub.
Vəfa Osmanlının vəkili bildirib ki, müvəkkili intihara cəhd edib. O, xəstəxanaya çatdırılıb.
Daha sonra Vəfa Osmanlı 1 saylı Respublika Psixiatriya Xəstəxanasına köçürülüb. O, hazırda həmin müəssisədə müalicə alır.
Məhkəmə onun barəsində məcburi gətirilmə barədə qərar çıxarıb.
Vəfa Osmanlı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham olunur.
O, vətəndaşlar - Cəlalə Cəbrayılova, Kəminə Cəbrayılova, Solmaz Babayeva, Şalə Hüseynova, Asif Orucəliyev və digərlərinin etibarından sui-istifadə edərək, onların ümumilikdə 1 milyon manata yaxşın pulunu dələduzluq yolu ilə ələ keçirib.
Cinayət işi üzrə 10 nəfər zərərçəkmiş var. İş üzrə zərərçəkmiş qismində tanınaların bir neçəsi müəllim işləyir.
O, ümumilikdə 1 milyon manata yaxın pulu dələduzluq yolu ilə ələ keçirib.
Vəfa Osmanlının barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.O əvvəllər Azərbaycan İqtisad Universitetində tyutor vəzifəsində çalışıb.