2 Fevral 2018 15:43
1 692
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astara rayonunda qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Kolatan kəndində Vüsal Hüseynov yaşadığı evdə öldürülüb.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları onun baş nahiyəsində küt alətlə yetirilmiş xəsarət aşkarlanıb.

Bir neçə gün əvvəl Rusiyadan gələn Vüsal Hüseynov evdə tək yaşayırmış. Onun 20 il Rusiyada yaşadığı, rayona yeni qaytıdığı bildirilir.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər