2 Fevral 2018 21:56
1 392
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dələduzluq yolu ilə insanları aldadan və zərərçəkənlərin qiymətli mobil telefonlarını mənimsəyən şəxsin saxlanılması üçün əməliyyat keçirilib.

Teleqraf.com-un məlumatına görə, Nərimanov rayon Polis İdarəsinə Ağdaş rayon sakini Əliyusif İsmayılov müraciət edərək bildirib ki, bir neçə gün əvvəl onlayn alış-veriş saytlarında “İPhone 8” markalı mobil telefonunu satışa çıxarıb.

Elanın saytda yerləşdirilməsindən sonra bir nəfər tanımadığı şəxs onunla əlaqə saxlayaraq telefonu almaq istədiyini bildirib. Nərimanov rayonunda yerləşən marketlərdən birinin qarşısında görüşəndə həmin şəxs yaxın qohumunun bu obyektdə işlədiyini və telefonu onun üçün almaq istədiyini deyib.

Zərərçəkəndən telefonu qohumuna göstərmək adı ilə alan şəxs marketə daxil olub və obyektin arxa qapısından çıxaraq hadisə yerindən uzaqlaşıb.

Nərimanov rayon Polis İdarəsi və 18-ci Polis Bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbiri nəticəsində Cəlilabad rayon sakini Altay Ağamalıyev saxlanılıb.

Saxlanılan şəxsin ətrafında aparılan əlavə tədbirlərlə onun eyni üsulla daha 5 nəfərə məxsus “İPhone 7”, “İPhone 8” və “İPhone X” kimi qiymətli mobil telefonları ələ keçirdiyi məlum olub. Altay Ağamalıyev həmin telefonlardan 5-ni paytaxtın müxtəlif nöqtələrində yerləşən telefon alqı-satqısı mağazalarında satıb. Digər telefondan isə saxlanılana qədər özü istifadə edib.

Qeyd edilən faktlarla bağlı Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər