5 Fevral 2018 20:37
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonu ərazisində marketlərdən birindən oğurluq edilib.

Teleqraf.com xəbər verir ki, marketin müdiri 29-cu polis bölməsinə müraciət edərək oradakı seyfdən 6050 manatın oğurlandığını bildirib.

Polis oğurluq hadisəsini əvvəllər orada işləmiş şəxsin törətdiyini müəyyən edib. Əməliyyat-axtarış tədbirləri ilə saxlanılan Xırdalan şəhər sakini Cavanşir Səfərov törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Teleqraf.com