Bakının Qaradağ rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com-un xəbərinə görə, rayon ərazisindəki mağazaların birindən 500 manat və tütün məmulatı oğurlanması barədə 38-ci polis bölməsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Niyaz Vəliyev saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.