6 Avqust 2014 11:21
886
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər saatlarında Bakının Binəqədi rayonunda gənc kişi faciəvi şəkildə ölüb

Binəqədi rayon Polis İdarəsi 6-cı polis bölməsindən verilən məlumata görə, hadisə Biləcəri qəsəbəsi, “O tay” adlanan ərazidə baş verib.

Biləciridə “Retro” kafesinin yanında yaşı təxminən 30 olan kişi yol kənarı ilə gedərkən qarşıdan gələn “KamAZ” markalı yük maşınının altına düşüb. Yük maşını kişinin üstündən keçib. Kişi hadisə yerindəcə ölüb.

Hazırda yol qəzasında ölən kişinin kimliyi araşdırılır.

Faktla bağlı araşdırma aparılır.

ans press


Müəllif: