Hacıqabul rayonunda ər arvadını öldürməyə cəhd edib.
Teleqraf.com xəbər verir ki, 1985-ci il təvəllüdlü rayon sakini Adəm Qəmbərov 1985-ci il təvəllüdlü həyat yoldaşı Xalidə Qəmbərovaya balta ilə bir neçə xəsarət yetirib.
Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.
Polis və prokurorluq əməkdaşları tərəfindən hadisəni törədən həbs edilib.
Məlum olub ki, hadisə zamanı Adəm Qəmbərov sərxoş olub. Gecə saatlarında sərxoş vəziyyətdə evə gələn Adəm Qəmbərov arvadı ilə mübahisə edib.
Xalidə Qəmbərova ərinin evə hər gün içkili gəlməsinə iradını bildirib. Bu zaman onların arasında mübahisə yaranıb. Adəm Qəmbərov baltanı götürərək arvadına xəsarət yetirib.
Faktla bağlı Hacıqabul rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.