Müasir Musavat Partiyasının (MMP) sədri Hafiz Hacıyevin hüquqşünas Aslan İsmayılova qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Aslan İsmayılov çıxış edib.
O, bildirib ki, Hafiz Hacıyev onun barəsində səsləndirdiyi fikirlərin bu işə əlavə edilməsini istəyib.
Partiya sədiri isə qeyd edib ki, Aslan İsmayılov işi siyasiləşdirir və ona şər-böhtan atıb.
Məhkəmə tərəflərin çıxışlarında təhqirə yol verilib-verilmədiyini müəyyən etmək üçün linqivistik ekspertizanın təyin edilməsi barədə qərar çıxarıb.
Bu səbəbdən proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Aslan İsmayılovu xüsusi ittiham qaydasında məhkəməyə verən Hafiz Hacıyev müraciətində bildirib ki, hüquqşünas onun şərəf və ləyaqətini alçaldıb. Buna görə Aslan İsmayılovun Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini istəyib.
Aslan İsmayılov da eyni maddələrlə onu məhkəməyə verib.