Bakının Sabunçu rayonunda bıçaqlanma baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Zabrat qəsəbəsində 36 yaşlı Şəmi Abdullayev küçədə tanımadığı şəxsin hücumuna məruz qalıb.
O, naməlum şəxslə əlbəyaxa dava edən zaman bıçaq xəsarəti alıb. Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanıb.