Qusar rayon polis şöbəsinə Kuzunqışlaq kəndindəki mağazalardan birindən oğurluqla bağlı məlumat daxil olub.
Teleqraf.com xəbər verir ki, mağazadan 700 manat pul, 1ədəd “HP” markalı kompüter, 1 ədəd printer, 1 ədəd “Nokia” markalı mobil telefon, 91 qutu müxtəlif növ tütün məmulatı və ərzaq məhsullarının oğurlandığı məlum olub.
Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb.
Baxış zamanı əvvəllər məhkum olmuşlar - Xacmaz rayon sakini Saleh Osmanov, Xudat şəhər sakinləri İsmayıl Həsənov və Mirzağa Cəlilovun üzərindən metal linglər, qara maska və əlcək aşkar olunub.
Onların digər cinayətlərinin də üstü açılıb. Ötən ilin noyabr ayından cari ilin fevral ayınadək olan müddətdə dəstə üzvlərinin Qusar, Quba, Şabran və Xaçmaz rayonlarında 13 mağazadan pul, danışıq kartları, müxtəlif növ tutun məmulatları və ərzaq məhsulları oğurladıqları müəyyən edilib.
Faktlarla bağlı cinayət işi başlanılıb.