9 Fevral 2018 19:27
2 187
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı məktəblərindən birində ağlasığmaz hadisə baş verib. Yetkinlik yaşına çatmayan uşaqları narkotik və psixotrop maddələrdən istifadəyə cəlb edən şagird aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Sputnik" agentliyinə Xətai Rayon Polis İdarəsindən məlumat verilib. Baş vermiş hadisə ilə bağlı polisə 138 saylı orta məktəbin direktor müavini, 1975-ci il təvəllüdlü Əhmədova Bikə Elsevər qızı məlumat verib.

O bildirib ki, 2002-ci il təvəllüdlü 10-cu sinif şagirdi T.Qasımov (istintaq maraqlarına görə ad açıqlanmır — red.) öz sinif yoldaşlarına güclü təsir edən psixotrop maddə satır. Bu barədə Əhmədovaya Qasımovun sinif yoldaşları məlumat veriblər.

Hazırda Xətai Rayon Polis İdarəsinin 34-cü bölməsində faktla bağlı araşdırma aparılır. Yeniyetmə hələlik saxlanılmayıb. Hazırda polis məktəblinin psixotrop maddələri haradan, hansı həcmdə əldə etdiyini və onun nə qədərini satdığını araşdırır.

Polis, həmçinin bildirib ki, sözügedən maddə apteklərdə həkim resepti əsasında satılır. Hazırda faktla bağlı araşdırma davam edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər