12 Fevral 2018 08:48
680
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabad rayonunda mağazalardan birindən oğurluq edilib.

Teleqraf.com xəbər verir ki, fevralın 7-də Sabirabad rayonundakı mağazaların birindən 580 manat və danışıq kartları oğurlanıb.

Mağaza sahibi baş verən oğurluq hadisəsi ilə bağlı Sabirabad rayon polis şöbəsinə məlumat verib.

Şöbədə aparılan araşdırmalar nəticəsində məlum olub ki, oğurluğu rayon sakini Əlisa Nərimanov, onun dostları Bakı şəhər sakini Priqulu Hüseynov və Biləsuvar rayon sakini Nüsrət Həsənəliyev törədib.

Onların barəsində aparılan araşdırmalar zamanı məlum olub ki, paytaxtın Xətai rayonunda yerləşən evlərdən birində məskunlaşıblar.

Bu barədə Xətai rayon Polis İdarəsinə məlumat verilib. Sabirabad rayon polis şöbəsi və Xətai rayon Polis İdarəsinin 35-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hər üç şəxs həbs edilib.

Faktla bağlı Sabirabad rayon polis şöbəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər