Gəncə şəhərində silsilə cinayətlər törədən şəxsin tutulması üçün əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Kəmaləddin Qasımov tutulub.
Onun ötən ilin noyabr ayından cari ilin yanvar ayınadək olan müddətdə rayon ərazisindəki 1 evin liftinin əyləc dolağını, 4 evdən, 5 avtomobildən, 1 mağazadan pul, akkumulyator, inşaat materialları, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinib.