Şəki şəhərində oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki evlərin birindən 600 ABŞ dolları, 6000 manat dəyərində qızıl əşyalar və bijuteriya oğurlanıb.
Şəki şəhər-rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Məftun Mustafayev və əvvəllər məhkum olunmuş İlham Məmmədov saxlanılıblar.
Faktla bağlı cinayət işi balanıb.