11 Fevral 2018 21:23
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsinə müraciət edən Bakı şəhər sakini olan qadın isə evindən 20000 manat və 400 ABŞ dollarının oğurlandığını bildirib.

Polis əməkdaşları dərhal əməliyyat-axtarış tədbirlərinə başlayıblar. Oğurluğun ev sahibinin bacısı Bahar Salahova tərəfindən törədilməsi müəyyən edilib. O, həbs edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər