12 Fevral 2018 13:30
1 139
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rəhim Rəhimovun cinayət işini araşdırmış müstəntiq vəzifəsindən kənarlaşdırılıb.

Teleqraf.com xəbər verir ki, Səbail rayon Polis İdarəsinin müstəntiqi Vüqar Abbasovun sərəncama götürüldüyü bildirilir.

Məlum olub ki, Vüqar Abbasovun rəhbərliyi ilə aparılan istintaq zamanı qəzanı Rəhim Rəhimovun yox, onların ailə sürücüsüi olan Əmrulla Şahbazovun törətdiyi göstərilib.

Rəhim Rəhimovun cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun icraatında araşdırılır.

İttihama görə, ötən il noyabrın 8-də Səbail rayonu, Salyan yolu küçəsində Bakı şəhər sakini, 42 yaşlı Könül Əkbərova yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçmək istəyərkən “Cip Qrand Çeroki” markalı avtomaşınla vurulub və aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Sürücü isə hadisə yerindən qaçıb.

İstintaq zamanı hadisə yerinə və avtomaşına, həmçinin ərazidəki təhlükəsizlik kameralarına baxış keçirilib, fotoşəkillər çəkilərək baxış protokoluna əlavə olunub, məhkəmə-tibb ekspertizası aparılıb.

Pofilaktiki tədbirlər nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Rəhim Rəhimov könüllü olaraq Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsinə gələrək özünü istintaqa təqdim edib.

Qeyd edək ki, Rəhim Rəhimovun atası Akif Rəhimovun Xırdalan-Xəz Açıq Tipli Səhmdar Cəmiyyətinin direktorlar şurasının sədri olduğu bildirilir.

Könül Əkbərova şəhid Elton Əkbərovun qızıdır.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri cinayət işinin araşdıran müstəntiqin dindirilməsi barədə qərar qəbul edib.

Fevralın 13-də keçiriləcək iclasda cinayət işinin araşdıran müstəntiq Vüqar Abbasovun dindiriləcəyi gözlənilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər