Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda ittiham olunan Gürcüstan vətəndaşları - Kakutia Paata və Kakutia Yaşanın cinayət işi üzrə məhkəmə başlayıb.
Teleqraf.com-un xəbərinə görə, hakim Əlisoltan Osmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Hakimlər hazırlıq iclasını başa çatdıra bilməyiblər.
Buna səbəb təqsirləndirilən şəxslərin Azərbaycan dilini bilməməsi olub. Gürcü dilində tərcüməçi olmadığı üçün hazırlıq iclasının davamı avqustun 13-nə təyin olunub.
Təqsirləndirilən şəxslər bu ilin martın 31-də, Bakının Nizami rayonunda Natella Rəhimovaya zor tətbiq edərək 95 manat pulunu alıb. Çevik Polis Alayı və Nizami rayon Polis İdarəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qadına qarşı quldurluq əməli törədən Gürcüstan vətəndaşları - Kakutia Paata və onun əmisi oğlu Kakutia Yaşa tutulub.
Hacı Zeynalov