15 Fevral 2018 22:14
871
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com-un məlumatına görə, Xocahəsən qəsəbəsində 1992-ci il təvəllüdlü Hüseynağa Hüseynov bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Hüseynağa Hüseynov dünən axşam saatlarında işdən evə qayıdarkən yolda naməlum şəxslə mübahisə edib. Mübahisə əlbəyaxa davaya çevrilib və bıçaqlanma ilə nəticələnib.

Kliniki Tibbi Mərkəzdə həkim nəzarətində olan Hüseynağa Hüseynovun vəziyyəti ağır olduğu üçün dindirilməsi mümkün olmayıb. Bu səbəbdən də onun kimin tərəfindən və hansı səbəbdən bıçaqlandığı məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər