16 Fevral 2018 12:10
1 644
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xırdalanda baş verən səs-küyli silahlı insident törətməkdə təqsirli bilinən Kənan Həsənov, Bilal Bayramov, Allahverdi Ruszpeykar, Məhəmməd Əhmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə təqdirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı fevralın 23-nə təyin edilib.

İttihama görə, hadisə 2017-ci il martın 31-də Xırdalan şəhərində çay evlərindən birinin qarşısında baş verib.

Xırdalan şəhərində 1970-ci il təvəllüdlü Valeh Nəcəfov və 1985-ci il təvəllüdlü Qəbələ sakini Xəyal Paşayev güllələnib. Hər iki yaralı xəstəxanaya gətirilib. Valeh Paşayev orada ölüb.

Məlum olub ki, ölən və yaralanan şəxs pul borcu üstündə mübahisə ediblər. Onlar bir-birlərinə atəş açıblar. Daha sonra Xəyal Paşayev, Kənan Həsənov, Bilal Bayramov, Allahverdi Ruszpeykar və Məhəmməd Əhmədovun barəsində cinayət işi başlanıb.

İstintaq sənədlərinə görə, dəstə üzvlərindən Kənan Həsənov, Bilal Bayramov, Allahverdi Ruszpeykar və Məhəmməd Əhmədov xuliqanlıqda ittiham edilirlər.

Xəyal Paşayev isə qəsdən adam öldürməkdə təqsirli bilinir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər