Ucar rayonunda oğurluq hadisəsi törədən şəxslərin tutulması üçün əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Ucar rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bərdə şəhər sakinləri - Rəşad Əliyev, İlkin Əliyev və Aqil Qarayev saxlanılıblar.
Onların rayon ərazisindəki 2 həyətyanı sahədən 28 ev quşu oğurlamaları müəyyən edilib.
İstintaq araşdırması zamanı məlum olub ki, dəstəyə rəhbərliyi Rəşad Əliyev edib. Onun əvvəllər də məhkum olunduğu üzə çıxıb.
Faktla bağlı cinayət işi başlanıb.