21 Fevral 2018 17:29
1 348
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaminbank ASC-də xəzinədar işləmiş 1972-ci il təvəllüdlü Eldar Salmasinin məhkəmə hökmündən veriıən apelyasiya şikayəti üzrə proses başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra təqsirləndirilən şəxsin apelyasiya şikayətinin dəlilləri müəyyən edilib. O, qeyd edib ki, zərərçəkmiş şəxslərə pul atmayıb.

Növbəti məhkəmə iclası martın 6-da davam edəcək.

Eldar Salmasi Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apelyasiya şikayətində günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Eldar Salmasi 10 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, o, “Zaminbank”da xəzinədar vəzifəsində işləyərkən vətəndaşları ucuz qiymətə dollar satmaq adı ilə aldadaraq dələduzluq əməli törədib.

Eldar Salmasi vəzifəsindən azad edildikdən sonra da bir neçə şəxsə qarşı dələduzluq edib. O, 1 milyon manatlıq dələduzluqda ittiham olunur.

İş üzrə zərərçəkmiş şəxs qismində kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin oğlu Ərdəbil Quliyev də tanınıb. Ona qarşı 150 min manat məbləğində dələduzluq edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər